Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi Sahib Məmmədovla Elm və Təhsil naziri Emin Əmrullayev arasında olan gərgin münasibətləri daha da dərinləşdirib...
Qəbul imtahanlarına qanunsuz müdaxilə ittihamı ilə həbs edilən təhsil eksperti Kamran Əsədovun ötən ilin 27 noyabrında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gözlənilməz "seçkisi"ndən iki ay ötsə də, o prosesin "yanğısı" hələ də davam edir.
Poliqon-a daxil olan məlumata görə, həmin vaxtı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovun şifahi razılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin isə birbaşa iştiarkı ilə həbs təhlükəsiylə üz-üzə olan Kamran Əsədovun birdən-birə mötəbər bir quruma sədr gətirilməsi bir çox dairələrdə, o cümədən Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən çox sərt reaksiya ilə qarşılanıb.
Hazırda 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifad) maddələri ilə ittiham olunaraq məhkəmə qərarı ilə saxlanılan Kamran Əsədovun ETİHİ-nin Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi ETN-nin sürətli hərəkətlənməsinə səbəb olub.
"Həmin xəbər ilk olaraq modern.az saytında yayıldı. Kamran Əsədov hətta sayta təyinatı ilə bağlı xəbəri təsdiqlədi. Lakin qısa zaman sonra ETN-nin müdaxiləsiylə həmin xəbər nünfuzlu saytlardan silinməyə başladı. Lakin Kamran Əsədov və Araz Paşayev geri çəkilmək niyyətində olmayıblar. Hətta onlar AHİK səri Sahib Məmmədovun arxalarında sonədık dayanacağın düşünürdülər. Təsadüfi deyil ki, xəbərlər silinməklə təyinat qeyri-rəsmi təkzib olundu. Lakin belə bir anda Kamran Əsədov feysbuk profilində yeni iş yerini yenilədi, hətta AHİK və ona yaxın çevrələrdə bu xəbər rəsmən təkzib olunmadı. Üstəlik, Kamran Əsədov yeni iş yerindəki kabinetinə belə ayaq açdı. Məhz bundan sonra qeyzlənən qarşı yuxarı təşkilatlar Sahib Məmmədov-Araz Paşayev cütlüyünü Kamran Əsədovla bağlı qərarı geri oxutmağa məcbur edildi", deyə mənbə Poliqon-a bildirib.
