Yevlax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Yevlax Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı rayon sakini Elməddin Musayev (ad-soyad şərti verilib – red.) internet üzərində qanunsuz qumar oyunları oynayıb.
Müəyyən edilib ki, o, “Mostbet” proqramında onlayn qaydada qanunsuz qumar oyununda dəfələrlə iştirak edib.
Həmin oyuna pul köçürməsi edərək dəfələrlə qumar oyunu oynayıb, həmçinin 2026-cı ilin yanvar ayının müxtəlif günlərində cəmi 66 manat 94 qəpik qazanıb.
Onun həmin hesabdan qeyd olunan vəsaiti çıxarış etməsi müəyyən olunub.
Musayev izahatında qumar oyununda iştirak etməsini səmimi olaraq qəbul edib. Bildirib ki, telefonla “Mostbet” qumar proqramında müxtəlif vaxtlarda qanunsuz qumar oynayıb: “Həmən müddət ərzində müəyyən məbləğdə pul həm udmuşam, həm də uduzmuşam. Əməlimdən peşman olmuşam. Bir daha belə hallara yola verməyəcəm”.
Musayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
Yevlax Rayon Məhkəməsinin qərarı ilə Musayev 3 min manat miqdarında cərimə olunub. Oyun zamanı qazanılmış 66 manat 94 qəpik məbləğində uduş müsadirə edilib.
Aknews.az