Tanınmış vəkil Travmatologiya və Ortopediya İnstitutundakı həkim qəbulu problemini ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, bu barədə yazan vəkil Vamiq Şükürov bildirib ki, qəbula düşürsən, həkim 1 saatlıq iclasa gedir:
“Dünəndən gəlmişik göndərişlə Travmatologiya İnstitutuna. Həkim baxıb deyib ki, bu gün saat 09.00-da gəlib rentgendən keçərsiniz. Gəlmişik saat 09:00-da, amma həkim iclasdadı, iclas da deyirlər bir saata qurtaracaq.
Zəng etmişəm qaynar xəttə, güya araşdırıb kömək edəcəklər bizə.
Mənə 2 dəqiqə sonra zəng edib deyirlər ki, gözləyin, iclas qurtarsın, rentgendən keçərsiniz”.
Xatırladaq ki, son günlər xüsusilə dövlət xəstəxanalarında növbə, qəbul problemləri ilə bağlı şikayətlər artmaqdadır.
