“Uğurlu Dad” kolbasa sexində yoxlama keçirildi: Nöqsanlar aşkarlandı – FOTOLAR


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyindən Bakues.az-a verilən məlumata görə baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

“Uğurlu Dad” kolbasa sexində yoxlama keçirildi: Nöqsanlar aşkarlandı – FOTOLAR

bakues.az


Aknews.az

Xəbərlər