Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpasına 5 milyard dollar ayıracaqlar


Sülh Şurasına üzv ölkələr 19 fevralda keçiriləcək ilk iclasda Qəzza zolağının bərpası üçün 5 milyard dollardan çox maliyyə ayıracaqlarını açıqlayacaqlar.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, 19 fevralda Vaşinqtonun Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında üzv ölkələr Qəzzada yenidənqurma və humanitar yardım səyləri üçün 5 milyard dollardan çox maliyyə ayıracaqlarını elan edəcəklər.
Bundan əlavə, Ağ Ev rəhbərinin sözlərinə görə, Sülh Şurasına üzv dövlətlər Fələstin anklavında sülh və təhlükəsizliyi qorumaq üçün minlərlə hərbçi yerləşdirməyə hazırdırlar.

Aknews.az

Xəbərlər