Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək


Bolqarıstanda aprelin 19-da növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu barədə Bolqarıstan Prezidenti İliyana Yotova bəyan edib.

Prezident əlavə edib ki, Baş nazir Andrey Gyurovun təklif etdiyi müvəqqəti hökumətin tərkibini də təsdiqləyəcək.

Telekanalın məlumatına görə, baş nazir hökumətin tərkibinin formalaşdırılması üçün namizədlərin siyahısını təqdim edib: Mariya Nedina - Avropa fondları üzrə baş nazirin müavini, Andrey Yankulov - baş nazirin müavini və ədliyyə naziri, Stoil Tsitelkov - ədalətli seçkilər üzrə baş nazirin müavini, Nadejda Neynskaya - xarici işlər naziri, Atanas Zapryanov - müdafiə naziri, Emil Deçev - daxili işlər naziri və s.

Aknews.az

Xəbərlər