Abdin Fərzəliyev binanın zirzəmisini obyektə çevrilməsinə hansı şərtlərlə icazə verir? -Videofakt


Abşeron rayonunda binanın zirzəmisi obyektə çevrilir?
XALQ xəbər verir ki, Abşeron rayonu Masazırda bina 12A-dai binanın zirzəmisi qanunsuz olaraq obyektə çevrilməsi üçün qapı açılıb. Binanın əsas beton hissəsi sökülərək zirzəmiyə əlavə giriş qapı düzəldilərək qeyri-yaşayış obyektinə çevrilir.

Bu hal ilk deyil, belə ki, zirzəmilərin və birinci mərtəbələrdə, girişin küçəyə açıldığı mənzillər obyektə çevrilir, çünki bu daha asandır. Bu cür dəyişikliklər binanın ümumi strukturuna zərər verir.

Abşeron rayon icra hakimiyyətindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:



Aknews.az

Xəbərlər