Səbail rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır. Bu qanunsuz tikintilərin qarşısı alınmır.
XALQ məlumat verir ki, qanunsuz tikintilərə şərait yaradılıb. Hal-hazırda isə Səbail rayonu Badamdar-3 Tofiq Məmmədov küçəsində qanunsuz mansard artımı işləri aparılır.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Səbail rayonu Badamdarda hansı məmur razılığı ilə inşa işləri aparıdığı bilinmir.
Qeyd edək ki, qanunsuz tikintilərə Səbail rayon İcra Hakimiyyəti hansı şərtlərlə icazə verdiyi müəmmalıdır
Səbail rayonu İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.
XALQ-a inşa işlər aparan ustalar bildirb ki, burada hansı şirkət və şəxs tərəfindən işlər aparıldığı məlumatları yoxdur. Həmçinin görüntülərdə aydın olur ki, heç bir təhlükəsizlik tədbirləri görülmədən aparlan inşa işlərinə nəzarət olunmur.
Qeyd edək ki,2018-ci ildən Səbail rayonu İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.
Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq
Həmin görüntüləri təqdim edirik:
Aknews.az