İran ilk dəfə “Hac Qasım” raketindən istifadə edib


İran ABŞ və İsraillə davam edən qarşıdurma çərçivəsində ilk dəfə “Hac Qasım” idarəolunan raketindən istifadə edib.

Bildirilib ki, zərbələr regionun dörd ölkəsində yerləşən qərargah və bazalara endirilib.

Məlumata görə, həmin obyektlər son hücumlar zamanı İrana qarşı istifadə olunmuş platformalar kimi qiymətləndirilib.

Qeyd edək ki, bir gün əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İranın İsraildə raket anbarına və ABŞ-ın Qətərdəki bazasına zərbələr endirdiyini açıqlamışdı. Bu gün isə Reuters Bağdadda ABŞ səfirliyinin hücuma məruz qaldığını bildirmişdi.

Aknews.az

Xəbərlər