İran Küveyt ərazisində yerləşən ABŞ obyektlərinə qarşı yeni raket hücumu həyata keçirir.
İranın IRIB dövlət yayımçısı isə Küveytdə artıq partlayış səslərinin eşidildiyini iddia edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti amerikalıları Yaxın Şərqdə ondan çox ölkəni, o cümlədən Küveyti dərhal tərk etməyə çağırmışdı.
Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubayda həyata keçirilən hücum nəticəsində 40-dan çox ABŞ hərbçisinin həlak olduğunu iddia edib.
Aknews.az