“TikTok” platformasında “Velizar” ləqəbi ilə tanınan Salman Məmmədovun saxlanıldığı bildirilir.
AzTimes.az-ın əldə etdiyi məlumata görə, Salman Məmmədov canlı yayımda olarkən polis əməkdaşları onun evinə gəlib. Bildirilir ki, səs-küy səbəbindən qonşular tərəfindən şikayət daxil olub. Polis əməkdaşları şikayət əsasında müdaxilə edərək onu saxlayıb. Hadisə zamanı canlı yayım dərhal dayandırılıb.Qeyd edək ki, “Velizar” ləqəbi ilə tanınan Salman Məmmədov qısa müddət əvvəl TikTok-da söyüş və əxlaqsız davranışların təbliğinə görə inzibati qaydada 30 sutka həbs edilmişdi.
Aknews.az