"Çöldə olsaydım,.." - Məhkəmədə gərgin anlar


Bakıda həyat yoldaşını atası ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Nəcəfovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Nəcəf Qafarovun vəkili Rövşən Qasımov vəsatət verərək, şahidlərin ifadələrində iş üzrə müəyyən həssas məqamların olduğunu deyərək, prosesin mediaya qapalı keçirilməsini məhkəmədən istəyib.

Daha sonra vəkil vəsatət verərək, N. Məhərrəmova ilə birlikdə təcridxanada saxlanılan qadınların müraciətini təqdim edərək, onun psixoloji problemlərinin olduğunu əsas gətirərək müalicəyə cəlb olunmasını məhkəmədən istəyib.

Təqsirləndirilən Nəcəf Qafarov məhkəməyə "Mən Ədili öldürən olsaydım, 2023-cü ildən öldürərdim. Qatil məlumdur, siz əsas onu tutun. Ədil mənim xəstə nəvəmin namusuna toxunmağa çalışıb, ölməli insan idi. Əgər çöldə olsaydım, sizin (zalda əyləşən zərərçəkənlərə işarə edərək) nəslinizi kəsərdim", - deyib.

Məhkəmə tərkibi yerində müşavirə edərək, şahidlərin çağırılması ilə bağlı vəsatətə baxılmamış saxlanılmasını elan edib.

Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin edib.

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 21-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 37 yaşlı Ədil Məhərrəmov fərdi yaşayış evində qəsdən öldürülüb.

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.

Hər iki şəxsə qarşı qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə)maddələri ilə ittiham irəli sürülüb.

Aknews.az

Xəbərlər