Nəsimi rayonunda yerləşən 20 saylı poliklinikada saat 12-dən sonra rentgen yoxdur. Səbəb ikinci həkimi pensiyaya göndərib, yerini də ləğv ediblər.
Elektrofarezə gedirsən, məhlulları xəstə özü almalıdır. Həmin məhlulun hazırlanması 12-18 manatdır. Vay o günə xəstənin pulu olmaya.
TEREF yazır ki, bunu jurnalist Gülnaz Qəmbərli yazır. Daha sonra Gülnaz xanım yazır:
Məhlulsuz elektrofarez mümkün deyilsə, illərdir bu qədər işçiyə nə ehtiyac var? Həkimlər dad edir, xahiş edir ki, Qaynar Xəttə zəng edin…. “815” TƏBİB-in qaynar xəttiymiş…
Vəziyyət belədir… Axsaya-axsaya poliklinkanı dövrə vur, sonra evə qayıt…
TEREF
Aknews.az