Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO


Göyçay rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Əli Dəmirov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozduğu üçün məsuliyyətə cəlb olunub.

Onun barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, Əli Dəmirov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.


Aknews.az

Xəbərlər