Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"


Tanınmış rejissor, aktyor və "Əməkdar mədəniyyət işçisi" fəxri adının sahibi Ramin Hacıyev sosial şəbəkə hesabında dövlət tərəfindən verilən aylıq müavinətlə bağlı diqqətçəkən bir paylaşım edib.
32gun.az xəbər verir ki, aktyor hər ay ona ödənilən 200 AZN məbləğindəki vəsaitdən 10 manat tutulma edildiyini bildirərək, bu kəsintinin səbəbi ilə maraqlanıb.

"Dövlətimiz sağ olsun, hər ay 200 AZN verir, amma 10 manat nəyəsə görə tutur" deyən Hacıyev, məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bu kəsintinin hansı hüquqi əsasla edildiyini soruşub.

Qeyd edək ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Rəhim oğlu Əliyevdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Rəhim oğlu Əliyevdir

Aknews.az

Xəbərlər