Şahin Şıxlinski və oğluna hökm oxundu


Yekaterinburqun (Rusiya) Kirov rayon məhkəməsi​ Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskiyə növbəti məhkəmə hökmü oxunub.
Məhkəmənin qərarı ilə Ş.Şıxlinski 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki hökm də nəzərə alınmaqla, o, 24 il müddətinə həbs edilib.

Hökmdə qeyd edilib ki, Şahin Şıxlinski cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək. Onun oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə ümumi rejimli koloniyada cəza alıb.

Qeyd edək ki, martda Şahin Şıxlınski 2001 və 2011-ci illərdə törədilmiş qətl və qəsd işi üzrə artıq 22 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilmişdi. Ümumilikdə onun yekun cəza müddəti 24 il təşkil edib.

Aknews.az

Xəbərlər