Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında ağaclar kütləvi şəkildə qətliam edilib. Bizimesr.az bildirir ki, sözügedən ərazidə səkidə yerləşən ağaclar kəsilib, budaqları və yonqar qalıqları isə əraziyə səpələnib. Ağacların hansı səbəbdən və kim tərəfindən kəsildiyi məlum deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlaması diqqət çəkməy bilməz.
Qeyd olunur ki, guya piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub. Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının quruduğu müəyyən edilib. Ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib.
Ərazidə yaşayan sakinlər bildirir ki, məhv edilən ağacların heç biri qurumuş olmayıb. Sadəcə olaraq bu ərazidə başqa maraqlar var.
Həqiqətən də bir ərazidə yanaşı olan 12 ağacın eyni vaxtda quruması və götürülməsi olduqca müəmmalıdır. Necə ola bilər ki, küçə boyu yaşıl olan diğır ağaclar qurumur, məhz bu ərazidə olan məhz 12 ağac quruyur?
Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində və aidiyyatı qurumlarında köklü dəyişikliyə ehtiyac var. (Bizimesr.az)
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/nerimanov-rayonunda-12-agac-oyunu---agaclara-divan-tutdular---video-21240
Aknews.az