Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı Ümumi Yığıncağın qərarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyətinin iclasında səsə qoyularaq qəbul edilən üzvlükdən çıxarılma barədə qərar bu gün Akademiyanın Ümumi Yığıncağında qəbul olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Aknews.az