Bu gün Nəsimi Rayon Məhkəməsində Liv Bona Dea Hospital tərəfindən "Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərliyə qarşı təzminat tələbi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə Teleqraf-a Nigar Köçərli məlumat verib.
Onun sözlərinə görə, xəstəxana tərəfi son anda məhkəməyə müəyyən sənədlər təqdim edib: "Həmin sənədlərlə tanış olmağa imkan tapa bilmədik".
Nigar Köçərlinin həyat yoldaşı Şahbaz Xuduoğlu isə deyib ki, növbəti məhkəmə prosesinə xəstəxananın həkimləri şahid qismində cəlb olunacaqlar: "Düzdür, biz buna etiraz etdik. Əlbəttə, xəstəxana işçiləri xəstəxanaya qarşı çıxış etməzlər. Amma məhkəmə bu vəsatəti təmin etdi".
Növbəti proses mayın 20-ə təyin edilib.
Qeyd edək ki, Liv Bona Dea Hospital keçmiş pasiyenti Nigar Köçərliyə qarşı 222 min 395 manat təzminat tələbi irəli sürüb.
Nigar Köçərli həmin xəstəxanada müalicə aldıqdan sonra sosial şəbəkələrdə narazlıqlarını bildirən statuslar yazıb.
Aknews.az