"Karaca Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən “Karaca” qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb
Teleqraf-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.
MMC-yə məxsus “Karaca” qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.
Aknews.az