"Xəzər TV və M Group Production-un 'Zeynəb' serialına görə ödənilməmiş haqq borcu – ədalət dörd ildir ki, gecikir"


Bakunews.az olaraq, dörd ildir ki, hüquq müstəvisində mübarizə aparan KANQ MEDIA PRODUCTION MMC rəhbərliyinin yaşadığı bu ədalətsizliyi diqqətlə izləyirik. Üç məhkəmə instansiyasının eyni qərarı təsdiqləməsinə baxmayaraq, qarşı tərəfin davam edən apelyasiya şikayətləri və ödənişdən yayınma cəhdləri həm sənət adamlarına, həm də hüquq sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Mövcud məhkəmə qərarlarının icrası və dövlət qurumlarının rəylərinin nəzərə alınması hüquqi dövlət prinsipinin əsas şərtlərindən biridir. Məsələnin hüquqi və ictimai baxımdan ədalətli şəkildə həll olunmasını dəstəkləyirik.
Zərərçəkmiş qeyd edir ki, Mən KANQ MEDİA PRODUCTİON MMC-nin rəhbəri Xəzər Tv və M Group Production MMC-dən şikayətçiyəm. Belə ki, 12 yanvar 2021-ci il tarixində mənim təsisçisi və direktoru olduğum KANQ MEDİA PRODUCTİON MMC ilə M Group Production arasında serial çəkilişinə dair müqavilə imzalandı. Və mən öz komandamla Xəzər TV-nin sifarişi ilə "Zeynəb" teleserialının istehsalına başladıq. Haşiyəyə çıxaraq onu da qeyd edim ki, M Group Production MMC ilə müqavilə bağlanmamışdan əvvəl eyni serialın çəkilişinə görə Xəzər TV ilə müqavilə bağlanılmışdı. Sonrada. Xəzər TV-nin adını çəkmək istəmədiyim, kanalın rəhbər vəzifələrdən birində çalışan əməkdaşı mənə dedi ki, Xəzər TV-nin büdcəsində maliyyə azdır deyə, müqaviləyə xitam verək, M Group Productionla imzalayaq. Bütün şərtlər eyni qalmaq şərtilə. Beləliklə 1 bölümü 2000 AZN olmaqla serialın sifarişi olundu və biz çəkilişlərə start verdik. İlk 17 bölüm təhvil verildikdən sonra kanal, 8000, 8000 və 4000 AZN olmaqla 20000 AZN KANQ MEDİA PRODUCTİON MMC-nin bank hesabına vəsaiti köçürdü. Biz çəkilişlərə davam etdik və köçürülən vəsait tam olaraq serialın istehsalının bir hissəsinə xərcləndi. Artıq yenə çəkilişlərin və montaj prosesinin dayanmaması üçün qalan vəsaitin köçürülməsinə ehtiyac yarandır. Bunu Xəzər TV-yə bildirdikdə kanal müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınırdı. Qeyd edim ki, müqavilə M Group Productionla bağlansa da, bütün işgüzar danışıqlar Xəzər TV-nin rəsmi ofis binasına və Xəzər TV-nin əməkdaşlarıyla aparılırdı. Və sonda kanal mənə qalan bölümlərin hamısını çək təhvil ver ondam sonra qalan bütüm pulları ödəyəcəyik dedi, hazırda büdcəmizdə o qədər pul yoxdur. Mən isə bir az borca girib, kredit götürüb çəkilişləri sona çatdırdım. Və bölümləri montaj edib kanala təhvil verməyə başladım. Qeyd edim ki, tapdığım pul yalnız çəkilişdə heyətin yemək, nəqliyyat və montaj prosesinə çatırdı. Aktyorlar, texnika və texniki heyətin heç birinin hələ də ödənişlərini edə bilməmişəm. Bütün bölümləri təhvil verəndən sonra kanalın OTK adlandırılan şöbəsi serialın bölümlərin normal olduğunu, yalnız xırda texniki düzəlişlərdən sonra tam efirə yararlı olduğunu bizə bildirdi. Biz düzəlişləri edib yenidən bölümləri gətirdikdə isə kanal rəhbərliyi artıq serialdan imtina etdiyini, səbəb olaraq isə serialın keyfiyyətsiz çəkildiyini və keyfiyyətsiz formada montaj olunduğunu əsas gətirdi. Burda sual yaranır ki, əgər biz serialı keyfiyyətsiz çəkmişdiksə niyə 10 bölümün ödənişini yəni 20000 AZN-i bizə köçürüblər? Üstəlik 17 bölüm bizdən təhvil alıblar. Və belə birşey var idisə niyə bizə serialı tam şəkildə çəkin gətirin qalan pulu ödəyək dedilər? Mən dəfələrlə kanal rəhbərliyinə dedim ki, heyətin pulu verilməyib, burda 32 nəfərə yaxın insan əziyyət çəkib, onlar zəhmət haqqını almalıdır deyə, ancaq yenə də onlar pulu ödəmək əvəzinə, öz fikirlərində qaldılar və üstəlik köçürdükləri 20000 AZN ödənişi də məndən geri istədilər. Belə olan halda mən artıq məcburən məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəldim. Ölkəmizin hüquq məhkəmə sisteminə güvəndim və Bakı Kommersiya Məhkəməsinə vəkilim Şahin Rəfiyev vasitəsilə M Group Production MMC-dən hüquqi şəxs olaraq KANQ MEDİA PRİDUCTİON adından şikayət verdim. Qarşılıq olaraq onlar da eyni vaxtda mənim şirkətimdən məhkəməyə şikayət verdilər və ödədikləri 20000 AZN məhkəmə vasitəsilə yenidən məndən istədilər. Şikayətimə tam ədalətli şəkildə baxıldı və mən qalib gəldim. Məhkəmə şikayətimi tam təmin etməsə də qismən etdi və Xəzər Tv-nin mənə borclu qaldığı məbləğin bir hissəsinin mənə ödənilməsi barədə qərar verdi. Bu məbləğ isə yalnız serialın bütün istehsal xərclərini ödəməyə kifayət edə bilər və mənim heç bir gəlirim olmur. Buna baxmayaraq mən yenə də qərardan apelyasiya şikayəti vermədim və qərara razı oldum. Ancaq M Group Production ( bilavasitə Xəzər TV) qərardan Apelyasiya şikayəti verdi və qərara Bakı Apelyasiya Məhkəməsində yenidən baxıldı. Və yenə də ədalətli qərar verildi və Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Ardınca M Group Production qərardan yenə narazı qalaraq Ali Məhkəmə şikayət verdi. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işə natamam baxıldığını və serialın keyfiyyətinin xüsusi ekspertlər tərəfindən yoxlanılmasını tələb etdi. Bakı Apelyasiya Məhkəməsində işə yenidən baxıldı və serialın keyfiyyətinin yoxlanılması üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan Kino Agentliyindən və Azərbaycan Kinomatoqrafçılar İttifaqından müvafiq ekspertlər təyin edildi. Hər iki ekspert serialın tam keyfiyyətlə çəkildiyini və aradan qaldırılmaaı mümkün olan çox az və xırda qüsurların olduğu haqqında rəy verdilər. Verilən rəylərə əsasən Bakı Apelyasita məhkəməsi növbəti dəfə M Group Productionun apelyasoya şikayətini ləğv edərək, Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Beləliklə mən ardıcıl olaraq 3 məhkəmədə qalib gəldim. Bundan sonra biz qarşı tərəfin daha Ali Məhkəməyə şikayət verməyəcəyini və pulumuzu ödəyəcəyini düşünürdük. Lakin M Group Production (bilavasitə Xəzər TV) serialda işləyən bütün kollektivin halalca haqqı olan pulu ödəməmək üçün növbəti dəfə qərardan Ali Məhkəməyə şikayət verdi. Mən yenə də qanunun aliliyinə və məhkəmənin ədalətinə güvənirəm. Ancaq mən artıq 4 ildir ki, məhkəmələri gəzməkdən yoruldum. Mən bilmirəm şikayətimi artıq necə və hara edim. Mən burdan media vasitəsilə Xəzər TV və M Group Productiondan haqqımız olan pulu istəyirəm. Onların sonuncu şikayəti artıq dövlət qurumu olan Azərbaycan Kino Agentliyinin qərarını heçə saymaqdır. Bu da elə Dövlət qurumuna qarşı çıxmaq deməkdir. Onsuzda məhkəmə qərarı bizə borclu olduqları məbləğin hamısını təmin etməyib, heç olmasa təyin olunan məbləği bizə qaytarın. İnsanların haqqını kəsməyin. Həmçinin bildirim ki, "Zeynəb" serialı 36 bölümdən ibarətdir və bütün bölümləri çəkilib, tam hazırdır. M Group Production isə 36 bölümdən yalnız 10 bölümünün pulunu ödəyib bizə. Sonda qeyd edim ki, Xəzərlə bağladığım müqavilə də, xitam sənədi də və sonradan M Group Productionla bağladığım müqavilələr də qalır məndə. Lazım olduğu təqdirdə onları da sübut olaraq ortaya çıxara bilərəm.
KANQ MEDİA PRODUCTİON

Xəbərlər