TƏBİB-in icraçı direktoru Anar Bayramova yeni müşavir təyin olunub.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova gətirilib.
O, hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, Anar Bayramov bu ilin aprel ayında TƏBİB-in icraçı direktoru təyin edilib.
Aknews.az