Türkiyənin yerli reaktiv mühərrikli təlim təyyarəsi HÜRJET 1.2 Max sürətə çataraq daha bir mühüm mərhələni geridə qoyub.
Aknews.az xəbər verir ki, bu barədə Türk Aerokosmik Sənayesi (TUSAŞ) sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, HÜRJET bu nailiyyət sayəsində səsdən sürətli reaktiv təlim sahəsində daha bir mərhələni keçib.
TUSAŞ bəyan edib ki, HÜRJET-in 1.2 Max sürətinə çatması yeni rekord göstəricidir.