Ləman Ələşrəfqızının pulu geri qaytarıldı - hadisəni törədən saxlanıldı


Kiberdələduzluğun qurbanı olan tanınmış jurnalist Ləman Ələşrəfqızının pulu geri qaytarılıb.
Pravda.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, 2 İyul - Polis Günündə Daxili İşlər Nazirliyinin əməkdaşları kiberdələduzu saxlayıb:
"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq”.
O, nazir Vilayət Eyvazova, DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirib.
Qeyd edək ki, iyulun 1-də kibercinayətkar "Telegram” üzərindən Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək yurnalistin 600 manat məbləğində pulunun öz kartına köçürülməsinə nail olub.

Aknews.az

Xəbərlər