ABŞ-nin İrana hücumu nəticəsində 30 nəfər həlak olub


İran hökumətinin sözçüsü Fatimə Mühacərani ABŞ-nin daha bir hücumu nəticəsində İranın cənubunda 30-dan çox insanın öldüyünü bildirib.

Fatimə Mühacərani qeyd edib ki, ölkənin cənub hissəsində baş verən son hücumlarda 30-dan çox mülki şəxs həlak olub: "Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və dəstəyimizi bildiririk, xatirələrini ehtiramla yad edirik. Hökumət bütün gücü ilə xalqın yanında olacaq. İranın cənubu ölkəmizin döyünən ürəyi, İranın ruhudur".

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpurun açıqlamasına görə, ABŞ-nin son hücumlarında 260-dan çox insan yaralanıb.

Aknews.az

Xəbərlər