Fələstinin HƏMAS hərəkatı təşkilatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının liderinin və mətbuat katibinin öldüyünü təsdiqləyib.
Aknews.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yeni sözçüsü açıqlama verib.
"İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Sinvar Qəzzada öldürülüb. Biz, həmçinin qrupun sözçüsü Əbu Ubeydənin öldürüldüyünü də təsdiqləyirik, lakin biz onun işini davam etdirəcəyik", - deyə HƏMAS-ın hərbi qanadının yeni mətbuat katibi vurğulayıb.
Yeni mətbuat katibinin adı hələ açıqlanmayıb.