Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz satışının qarşısının alınması istiqamətində əməliyyatlar keçiriblər.
Bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 46 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı onların xaricdə yaşayan narkotik tacirlərinin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aknews.az