Rüfət Səfərovun apellyasiya şikayəti təmin olunmadı


Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan ediıib.

Qərara görə, şikayət təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.

Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Aknews.az

Xəbərlər