İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində olub, Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Aknews.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.

İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində olub, Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib

Xəbərlər