Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 1946-cı ildə Mardində anadan olan Əziz Səncər ilk və orta təhsilini Mardində alıb. 1969-cu ildə İstanbul Universitetinin tibb fakultəsindən birincliklə məzun olub. Doktorantura üzrə təhsilini isə Texas Universitetində tanınmış alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı əsasında alıb.
O, 1977-1982-ci illər ərzində Yel Universitetində tibb üzrə dərs keçib. 2001-ci ildə Şimali Korolina Seçilmiş Kimyaçı mükafatına layiq görülüb. Bu mükafat Amerika Kimya Cəmiyyəti tərəfindən verilib. 2005-ci ildə isə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk olub. Daha sonra isə həyat yoldaşı ilə birlikdə ABŞ-nin Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradaraq ABŞ-də təhsil alan türk tələbələrə dəstək olmağa başlayıb.
Əziz Səncər 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Aknews.az