Hacıqabulda 2 kiloqram narkotik vasitə aşkarlandı


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 38 yaşlı Etibar Qəniyev saxlanılıb.

Bildirilib ki, ondan 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aknews.az

Xəbərlər