Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun sabiq köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Musavat.com xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.
Məhkəmə tərəfindən tərəflərin müdafiə hüquqlarının və prosessual təminatlarının ödənilməsi üçün lazımi şərait yaradılıb.
Hazırlıq iclasının yekununda çıxarılan qərara əsasən, cinayət işi məhkəmə baxışına təyin edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 2025-ci ilin oktyabr ayında cinayət işi başlanılıb. Sabiq PA rəhbərinə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ağır ittihamlar irəli sürülüb.
Aknews.az