“Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT


“Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Lent.az-ın xəbərinə görə, buna səbəb onun fərdi sahibkar kimi və rəhbəri olduğu MMC-nin dövlət büdcəsi, eləcə də fondlara olan vergi borcları ilə bağlıdır. Məlumata görə, MMC-nin ümumilikdə 13 min 228 manat borcu olub. Lakin borclar müəyyən olunmuş vaxt ərzində ödənilməyib.

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcların ödənilməsi ilə bağlı MMC-yə bir neçə dəfə bildirişlər göndərib. Amma ödənişlər yenə yerinə yetirilməyib. Bundan sonra dövlət qurumu “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbəri, 46 yaşlı Məmişov Qoşqar Sabit oğluna qarşı məhkəmədə iddia qaldırıb. İddiada yaranmış vergi borcları ödənilənədək Q. Məmişovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunması xahiş olunub.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, MMC-nin vergi borcları tam ödənilənədək Q. Məmişovun Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Aknews.az

Xəbərlər