Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı


Azərbaycan və Litva xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

Bildirilib ki, sənədin imzalanması Azərbaycan-Litva münasibətlərində mühüm mərhələdir.

Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, əlaqələrin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün yeni çərçivə yaradır.

Aknews.az

Xəbərlər