Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Tadbirchi Event Organizer Group” MMC (VÖEN – 1605416641) olub.
Yeniavaz.com xəbər verir ki, nazirlik qalib şirkətdən “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi xidmətlərini satın alacaq və qarşılığında 109 min 960 manat 66 qəpik ödəyəcək.
Qeyd edək ki, bu ilin may ayından sonra “Tadbirchi Event Organizer Group” MMC Gənclər və İdman Nazirliyinin keçirdiyi daha 4 tender müsabiqəsində qalib olub. MMC-nin qalib olduğu müsabiqələrin ümumi dəyəri 636 min 999 manat 64 qəpik olub.
2024-cü ilin mart ayında vergi qeydiyyatına alınan MMC başqa heç bir dövlət qurumunun tender müsabiqəsində qalib olmayıb.

