Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu


Ukraynanın paytaxtı Kiyevdə dron hücumu zamanı Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olan Aşur Əkbərov həlak olub.
Cenublu.az xəbər verir ki, 1951-ci il oktyabrın 13-də Gərmətük qəsəbəsində anadan olan Aşur Bəhlul oğlu Əkbərov 30 ildən artıqdır Kiyevdə yaşayıb və Ukrayna vətəndaşı olub.

Məlumata görə, o, səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.

Aşur Əkbərovun oktyabrın 13-də 75 yaşı tamam olacaqdı. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.

Kiyevdə yaşayan oğlu Natiq Əkbərovun sözlərinə görə, sənədləşmə başa çatdıqdan sonra atasının nəşi əvvəlcə Bakıya, daha sonra isə doğulduğu Lənkərana gətiriləcək.

Aknews.az

Xəbərlər