"ABŞ ilə investisiya fondunun yaradılmasına dair saziş bərabərhüquqludur və Ukraynaya əhəmiyyətli investisiyalar üçün imkan yaradır".
Aknews.az "İnterfaks-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Saziş mövcuddur, imzalanıb, ratifikasiya üçün Ukrayna Ali Radasına göndəriləcək və biz sazişlə bağlı heç bir yubatmaların olmamasında maraqlıyıq", - deyə o bildirib.
Zelenski hazırlıq prosesində razılaşmanın xeyli dəyişdiyini qeyd edib:
"Saziş Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və hüquqi təcrübənin müasirləşdirilməsi üçün imkan yaradır. Razılaşmada heç bir borc yoxdur, Ukraynaya sərmayə qoyacaq Bərpa Fondu yaradılır".