Prezident İlham Əliyevin Çinə səfərinin uğurlu nəticələri Azərbaycanın geosiyası və geoiqtisadi mövqelərinin daha da güclənməsinə təkan verəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri etməsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyinin bariz nümunəsidir. Səfərin məhz dövlət səfəri statusunda baş tutması, protokol baxımından ən yüksək səviyyəli diplomatik format hesab olunur və bu da Çinin Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Bu səfər, həmçinin Azərbaycanın qlobal siyasətdə artan nüfuzunu və çoxqütblü beynəlxalq sistemdə mühüm aktorlarla bərabərhüquqlu əməkdaşlığa əsaslanan siyasətini bir daha nümayiş etdirir. Çin kimi dünyanın aparıcı iqtisadi və siyasi güclərindən birinin Cənubi Qafqaz regionunda Azərbaycanla strateji əlaqələri gücləndirməyə yönəlməsi region üçün də xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezidentin Çində yüksək səviyyədə qarşılanması, ona göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, ikitərəfli münasibətlər yüksək səviyyədədir. Çin-Azərbaycan münasibətləri özünün yeni bir mərhələsinə qədəm qoyub. Hər zaman bu əlaqələrin inkişafı üçün real addımlar atılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, digər önəmli məsələ bir müddət əvvəl tərəflərin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmasıdır. Hesab edirəm ki, bu səfər əlaqələrimizi daha da gücləndirəcək və inkişaf etdirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Szinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Vacib məqamlardan biri də odur ki, hər iki ölkə müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar".
Birgə Bəyannamədə əksini tapan bu və digər məqamlar Azərbayca-Çin münasibətlərini yeni səviyyəyə yüksəldəcək. Bu baxımdan, Prezidentimizin Çinə dövlət səfəri kifayət qədər uğurlu və faydalıdır”.
Azərbaycan liderinin Çinə səfəri, yüksək səviyyədə qarşılanması, imzalanmış saziş və Bəyanat qonşu Ermənistanda da xüsusi diqqətlə izlənilir: “Hesab edirəm ki, prezidentin bu səfəri Ermənistanın fəallaşmasına, sülhə gəlməsinə, ölkəmizin dediklərini qəbul etməsinə təkan verəcək. Artıq Ermənistan baş naziri Zəngəzura səfər edib, burada dəmir və şose yolunun təməlqoyma mərasimində iştirak edib. Bunlar təsadüfi tədbirlər deyil və Azərbaycan dövlət başçısının apardığı siyasətin nəticələrindən doğan məqamlardır. Sözsüz ki, Çin də Ermənistanın logistika layihələrində iştirakında maraqlıdır, onun bu prosesə cəlbini təşviq edə bilər”.
Azərbaycan hazırda Çinlə böyük iqtisadi əlaqələrə malikdir və prezidentin bu ölkəyə dövlət səfərinin nəticəsində bu əlaqələr daha da dərinləşəcək. Üstəlik, Azərbaycan Çinlə əlaqələrindən yararlanaraq Asiyanın digər ölkələri ilə münasibətləri dərinləşdirəcək.
Görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin: “Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir. Dünyadakı mövcud şəraitdə iki dövlət başçısının görüşməsi, əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyan hadisədir. Hər iki ölkə son 10 ildə sabit və uğurlu inkişafını təmin edib”.
Onu da qeyd edək ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu baxımdan, hazırkı strateji tərəfdaşlığımız uzunmüddətli və çoxşaxəli əməkdaşlığa əsaslanır. Ötən 33 il ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində uğurlu əməkdaşlıq qurulub. Çinlə sıx əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyi kimi, Azərbaycan da Çin üçün önəmli tərəfdaş sayılır. Xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpasına nail olduqdan və regionda yeni reallıqlar yaratmağımızdan sonra Azərbaycanın Çin üçün strateji əhəmiyyəti daha da artıb. Başqa sözlə desək, qalib və güclü Azərbaycan Çin üçün üçün cəlbedici ölkəyə çevrilib.
“Bir kəmər, bir yol” meqa-təşəbbüsü ilə qlobal iqtisadi açılıma gedən Çin Azərbaycanı həm də Zəngəzur dəhlizinin açılması planına görə güclü şəkildə dəstəkləyir. Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iri nəqliyyat və infrastruktur layihələri “Bir kəmər-bir yol” ideyasının realizasiyasına mühüm töhfə verə bilər. Məhz bu baxımdan Orta Dəhliz (və o cümlədən, Zəngəzur dəhlizi) Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib. Təsadüfi deyil ki, Azərbaycan da öz növbəsində Çindən sonra "Bir kəmər, bir yol" layihəsinin ən böyük dəstəkçisi hesab olunur. Çünki sözügedən qlobal layihənin gerçəkləşdirilməsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni perspektivlər deməkdir.
Dövlətimizin başçısı "Sinxua" agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. Bu gün dövlət başçımızın Pekində yüksək səviyyədə qarşılanması və Prezident İlham Əliyev ilə Sədr Si Zinpinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalamaları hər iki tərəfin əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiq edir.
Səfər əsnasında Pekində müxtəlif sahələr üzrə Azərbaycan-Çin sənədlərinin imzalanması da onu göstərir ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. İki ölkə liderlərinin fəal dialoqu, şəxsi görüşləri, telefon danışıqları, eləcə də məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad mühiti də ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Məhz İlham Əliyevin və Si Zinpinin şəxsi səyləri nəticəsində Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycan hal-hazırda Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı sayılır. Son illərdə ticarət dövriyyəsinin müsbət dinamika ilə artması nəticəsində Çin ölkəmizin dördüncü böyük ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında əlaqələr bundan sonra daha da sürətlə inkişaf edəcək. Prezidentin Çinə səfərinin uğurlu nəticələri Azərbaycanın geosiyası və geoiqtisadi mövqelərinin daha da güclənməsinə təkan verəcək.

Hörmətlə YAP üzvü, Azərbaycan respublikasının tanınmış fəal gənci, iş adamı Fərid Şərifov

Xəbərlər