“Roşka” ləqəbli tiktokerə hökm oxunub


“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Rövşən Süleymanzadə 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir.

Xatırladaq ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov ötən ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Aknews.az

Xəbərlər