"Roşka"nın məhkəmə istintaqı yekunlaşdı - FOTOLAR


Tiktokda "Roşka" ləqəbi ilə tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış etməsi gözlənilir.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Mircəlal Muradlı müdafiə çıxışı edəcək və tiktokerin özü son sözlə çıxış etməsi gözlənilir.

Məhkəmədə daha sonra hökmün elan edilməsi reallaşa bilər.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.

Aknews.az

Xəbərlər