Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb


Bu ilin yanvar-asentyabr yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 058,2 mln. manat xərclənib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2025-ci ilin müvafiq dövrünün göstəricisini 4% üstələyib.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Aknews.az

Xəbərlər