Müğənni Xuraman Şuşalı dini ayinlər adı altında insanları aldatmağa çalışan şəxslə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında həmin şəxsin görüntülərini paylaşaraq bu cür hallara etirazını bildirib.
Xuraman Şuşalı izləyicilərinə müraciət edərək onları elmə yiyələnməyə, məlumatsızlıq səbəbindən başqalarının təsiri altına düşməməyə çağırıb.
“Adam danışmağa da qorxur. Hələ kütləyə bax. Ay əqlini işlətmək istəməyənlər, oxuyun, elm alın. Sizi aldatmaq istəsələr də, aldanmayacaqsınız”, - deyə müğənni qeyd edib.
Aknews.az