Rusiyanın qadın futbolçulardan ibarət "Zenit" klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.
Aknews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçinin özü məlumat verib.
O, Sankt-Peterburq təmsilçisindən yeni sözləşmə təklifi aldığını, lakin bu barədə qərar verməyə tələsmədiyini söyləyib. Yığma üzvü daha sərfəli təkliflər olacağı halda dəyərləndirə biləcəyini deyib.
Qeyd edək ki, Nigar Mirzəliyevanın "Zenit"lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.