Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Aknews.az