Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə arxiv fotosunu paylaşaraq izləyicilərini uşaqlıq illərinə qaytarıb. Müğənninin illər əvvəl çəkilmiş şəkli maraqla qarşılanıb.
Musavat.com xəbər verir ki, sənətçi fotonu izləyiciləri ilə bölüşərək onun 1982-ci ildə Göygöldə çəkildiyini bildirib.
Aybəniz Haşımova paylaşımına “1982-ci il, Göygöl, laqer yoldaşlarımla” qeydini əlavə edib.
