Qəbələ Rayon İcra Hakimiyyəti yolların əsaslı təmirinə 926,4 min manatdan çox vəsait xərcləməyi planlaşdırır
Qəbələ Rayon İcra Hakimiyyəti 2026-cı ildə rayon mərkəzində yol infrastrukturunun yenilənməsi məqsədilə irihəcmli satınalma elan edib.
32gun.az-ın verdiyi məlumata görə, qurum 2026-cı ildə büdcədənkənar vəsait hesabına Qəbələ şəhərinin bir sıra küçə, dalan, meydança və giriş yerlərində yerləşən yolların əsaslı təmir işlərinin satınalınması üzrə müqavilə bağlamağı planlaşdırır.
Layihənin ehtimal olunan dəyəri 926.464,21 AZN (926,4 min manatdan çox) müəyyən edilib.
*Mətbuatda gedən məlumatlara görə, “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti AAYDA sabiq sədri Saleh Məmmədovun sevimli şirkətidir.
Məlumatlarda qeyd edilib ki, Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq ATF MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.
Hələ 2021-ci ildə mətbuatın yazdığına görə, "ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edirdi.
Mediada yer alan məlumatlarda, şirkətin tender bazarına məhz Saleh-Əli tandeminin (iki şəxsin ortaqlığı və ya rəhbərliyi) nüfuzu ilə daxil olduğu və bu dəstək sayəsində rəqibsiz "tender kralına" çevrildiyi irəli sürülür.
Bu səbəbdən, sabiq sədrin vəzifədən azad edilməsindən sonra dövlət tenderlərinin daimi qalibi olan bu şirkətin ciddi maliyyə yoxlamaları ilə üzləşəcəyi iddia edilirdi.
Onu da Xatırladaq ki,Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Məhəmməd oğlu Abdullayevdir.
Mətbuatda yayılan məlumatlara görə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası Məhəmməd Abdullayevin törətdiyi iddia olunan insident 26 avqust tarixində baş verib. Hadisənin Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çay evində (çayxanada) yaşandığı və orada bir şəxsin başının yarıldığı qeyd olunurdu.
Aknews.az