Şri-Lankanın Mərkəzi Əyalətində avtobusun qəzaya uğraması nəticəsində 37 nəfər xəsarət alıb.
Aknews.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd olunub ki, yaralananlar arasında yaşı 15-dən az olan doqquz uşaq da var.
İlkin araşdırmaya əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub.