Gəncədə yaşayış binasında partlayış olub.
Aknews.az-ın məlumatına görə, hadisə şəhərin Pasyolka adlanan ərazisində qeydə alınıb. Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində anidən partlayış olub.
Məlumata görə, 1967-ci il təvəllüdlü Alıyev Adil Elman oğlu ölüb, bir nəfər isə xəsarət alıb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.