Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadın ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə mayın 13-də günorta saatlarında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı qızı Abdullayeva "kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və o, dərhal əməliyyata götürülüb. Əməliyyatdan normal çıxan qadının sonradan halı qəfil pisləşib və o, xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, P.Abdullayeva ailəli olub.
Faktla bağlı araşdırma aparılır.
Aknews.az