Müğənni Mirkamil əməliyyat olundu


Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.
Aknews.az Azxeber.com-a istinadla xəbər verir ki, Mirkamilin səhhəti ilə bağlı onun qardaşı Miribrahim Kamilov məlumat verib.

O, əməliyyatın uğurla başa çatdığını bildirib:

"Allaha şükür, əməliyyat uğurlu keçdi. Mirkamilin səhhəti də yaxşıdır. Onun üçün dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, tezliklə səhnələrə dönəcək".

Xəbərlər